Ordu.az “The Guardian”a istinadən xəbər verir ki, bu məqsədlə MN “BAE Systems”lə müqavilə imzalayıb.
2,5 milyard funtsterlinqlik müqavilə çərçivəsində kompaniya “Astute” ovçu sualtı gəmilərin sonuncusu, yəni yeddincisini istehsal edəcək. “Agincourt” adlı gəminin 2020-ci illərin ortalarında hazır olması gözlənilir.
Həmin müqavilə həm də “Dreadnought” sualtı gəmilərinin tikilməsinin yeni mərhələsini də əhatə edir. Vəsaitin 960 milyon funtsterlinqi bu məqsədlə xərclənəcək. Onların hazırlanmasının qarşıdakı 12 ayda tamamlanması planlaşdırılıb.
Ağalar Ağalarlı
Ordu.az