İsveç və Finlandiyanın NATO-ya qoşulması Rusiya ilə əlaqələri pisləşdirə bilər

2018/05/141240_1042325125af8fe106867f_big_1526305856.jpg
Oxunub: 2470     00:49     15 May 2018    
“Əgər İsveç və Finlandiya NATO-ya qoşulsa, bu Rusiya ilə alyansın əlaqələrini korlaya bilər”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Latviyanın Avropa parlamentindəki üzvü Artis Pabriks bildirib.

Onun sözlərinə görə, bu, tərəflər arasında əlaqəni korlamasına baxmayaraq uzunmüddətli prespektivdə Latviyanın təhlükəsizliyi və möhkəmliyi üçün zəmanət yaradacaq.

Hazırda həmin ölkələrlə Latviya arasında əməkdaşlıq NATO tərəfindən tənzimlənir. Pabriks bildirib ki, əgər NATO və Rusiya arasında gərginlik daha da artsa, İsveç və Finlandiya NATO-ya qoşulmaqla cavab verə bilər.

Xatırladaq ki, daha öncə Latviya Xarici İşlər naziri Edqar Rinkeviç bu ölkələrin NATO-ya qoşulmaq arzusuda olacaqları təqdirdə ölkəsinin bunu dəstəkləyəcəyini qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç-Finlandiya   Latviya   NATO  


Bizi "telegram"da izləyin