Britaniya 2 milyard dollarlıq sualtı gəmi tikir

2018/05/2101_1526305277.jpg
Oxunub: 4077     21:41     14 May 2018    
Britaniya ordusunun komandanlığı “Astute” tipli raket-torpeda silahlanmalı 7-ci sualtı gəmini tikmək qərarına gəlib.

Ordu.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, sualtı gəminin yaradılması üzrə müqavilə Britaniyanın “BAE Systems” şirkəti ilə razılaşdırılıb və onun qiyməti 2 milyard dollara bərabərdir.

Artıq Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin silahlanmasında 3 ədəd belə gəmi var.

Həmçinin Britaniya Müdafiə Nazirliyi “Dreadnought” tipli “Trident” raketləri ilə təchiz edilən atom sualtı gəmisinin yaradılmasına 1,2 milyard dollar ayırmaq qərarına gəlib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Astute   Dreadnought  


Bizi "telegram"da izləyin