Yaxın Şərqdə İranın hərbi gücü: Bilinməli olanlar

2018/05/18_3052609600_3052638308.png
Oxunub: 2215     20:24     14 May 2018    
İran hərbi çatışmazlıqlardan əziyyət çəkə bilər, lakin bu, onu Yaxın Şərqin əsas hərbi aktoru olmasının qarşısını almır.

Ordu.az İranın hərbi gücü və 3 asimmetrik müdafiə strategiyasını təqdim edir.

Donanma, hava qüvvələri və quru qoşunları və İnqilab Keçikçiləri Qvardiyasında olmaqla ümumilikdə 534 min aktiv personala sahib İran ordusu Yaxın Şərqdə başlıca hərbi güc rolunu oynayır.

İnternet üzərindən hərbi güclərin reytinqini çıxaran “Global Firepower Index” saytı sonuncu reytinqində İranı 136 ölkə arasında 13-cü yerə yerləşdirib. Onların hesabatı 50-dən çox faktora əsaslanır. Buna ənənəvi (qeyri-nüvə) qüvvələr, insan gücü, coğrafi və maliyyə baxımından müharibə etmə potensialı da daxildir.

Müqayisə üçün deyək ki, Türkiyə siyahıda 9-cu, Misir 12-ci, İsrail 16-cı, Səudiyyə Ərəbistanı isə 26-cıdır.

İranın 82 milyonluq əhalisi müharibə üçün çox böyük insan gücü mənasına gəlir. Bu, 1980-88-ci illərdə baş verən İran-İraq müharibəsi kimi uzun müddətli savaşlarda əsas faktor ola bilir.

Lakin 2017-ci ilin göstəricilərinə görə, İranın müdafiə büdcəsi 16 milyard dollar olub ki, bu da regional rəqiblərinə müqayisədə xeyli azdır. Xüsusilə münaqişəyə girmə potensialı olan İsrailin müdafiə büdcəsi 18,5 milyard dollar (əlavə olaraq ABŞ-dan 3,5 milyard dollar hərbi yardım), Səudiyyə Ərəbistanınkı isə 76,7 milyard dollardır.

Çatışmazlıqlara cavab olaraq asimmetrik strategiya

İran əsas hərbi təhdid kimi gördüyü ölkələrdən maliyyə cəhətdən geri qalır. Bunlara yuxarıda adı çəkilən ABŞ, İsrail Ərəb körfəzinin bəzi dövlətləri aiddir. O, demək olar ki, ABŞ-ın hərbi bazaları ilə çevrələnib.

Üstəlik İran 40 ilə yaxındır ki, ABŞ-ın silah embarqosu və 2006-cı ildən etibarən BMT-nin silah məhdudiyyətləri altındadır. Bu, İranı öz yerli silah istehsalına bel bağlamağa məcbur edir. Eyni zamanda İranın regional rəqibləri qərbin son texnologiyalı hərbi sistemləri ilə təchiz olunub.

Bu zəifliyini aradan qaldırmaq üçün Tehran asimmetrik imkanlara və maliyyə qaldırıcı çəkindirməçilik tədbirlərinə əl atır.

Ön müdafiə

İranın müdafiə strategiyasının bir dayağı “ön müdafiə”dir. Buna İslam İnqilab Keşikçiləri Korpusunun xüsusi əməliyyatlar bölüyü olan Qüds qüvvələri rəhbərlik edir. Strategiya regional müttəfiqlər və tərəfdaşlarından istifadə edərək, İranın öz torpaqlarından kənarda düşmənlərə qarşı vuruşmasını və ya çəkindirməsini əhatə edir.

Bu tərəfdaşlara İraqda İŞİD-ə qarşı vuruşan Xalq Səfərbərlik Bölüyü, Suriya hökuməti üçün vuruşan silahlı qruplaşmalar, Livanlı qrup Hizbullah, Yəməndəki husilər, Fələstin İslamçı cihadçıları daxildir. İran həm də Qəzza zolağında mübarizə aparan HƏMAS üzərində təsirə malikdir.

Ballistik raketlər

İranın hərbi strategiyasının ikinci sütunu İsrail, Körfəz dövlətləri və ABŞ-ın regiondakı bazalarını vurmağa qadir qısa, orta və orta-uzaq mənzilli ballistik raketlərdir.

İran bu raketləri İsrailə qarşı çəkindirmə kimi nəzərdən keçirir. Potensial münaqişə zamanı həmin raketlərlə İsraili öz torpağında, yaxud ABŞ-ın regiondakı bazalarını vurmağı planlaşdırır. İran ballistik raketlərini müdafiə silahı kimi təqdim etsə də, onun rəqibləri bu silahları hücum təhdidi kimi görür.

Ballistik raket siyasəti ön cəbhə siyasəti ilə birləşdirilə bilər. Məsələn Yəməndəki müharibədə Səudiyyə Ərəbistanına qarşı husilərin istifadə etdiyi ballistik raketlər və ya Hizbullahın silahlandırılması buna nümunə ola bilər. Lakin İran husilərin ballistik raket və ya hər hansı digər bir komponentlə silahlandırdığına dair iddiaları təkzib edir.

Dünya iqtisadiyyatını zəiflətmək

İranın çəkindirməçiliyinin üçüncü hissəsi münaqişə zamanı neft hasilatını dayandırmaqla dünya iqtisadiyyatını iflic etmə təhdididir. Dünya neft ticarətinin 20%-ə yaxını Fars körfəzi və Oman körfəzi arasındakı Hörmüz boğazından keçir.

İranın strategiyası bu axını minalarla əngəlləmək və düşmənin döyüş gəmilərinə qarşı asimmetrik və qeyri-ənənəvi dəniz taktikalarından istifadə etməkdir. Məsələn düşmənin döyüş gəmilərini gəmi əleyhinə raketlər və torpedolarla təchiz edilmiş kiçik, aşağı xərcli gəmilər və sürətli qayıqlarla məhv etmək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İran   Yaxın-Şərq   Hərbi-güc  

Xəbər lenti

Yaxın Şərqdə İranın hərbi gücü: Bilinməli olanlar

2018/05/18_3052609600_3052638308.png
Oxunub: 2218     20:24     14 May 2018    