ABŞ “Minitmen-3”ü sınaqdan keçirib

2018/05/2100_1526304621.jpg
Oxunub: 1841     21:28     14 May 2018    
ABŞ “Minitmen-3” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ ərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığı məlumat yayıb.

Raket bu gün Bakı vaxtı ilə 12:23-də Kaliforniya ştatının Vandenberq aviabazasından buraxılıb.

Raketin silahsız hissəsi 6,7 min kiometr məsafə qət edərək poliqonun qərb hissəsinə düşüb.

Qeyd edək ki, “Minitmen-3” ABŞ Hərbi Hava Qüvvələrinin komandanlığında 1970-ci ildən var və ABŞ-da yer bazalı yeganə qitələrarası raketdir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Minitmen-3  


Bizi "telegram"da izləyin