Əfqanıstanda hərbi əməliyyat zamanı 67 terrorçu məhv edilib

2018/05/345345_1526303478.jpg
Oxunub: 3230     21:12     14 May 2018    
Əfqanıstan Silahlı Qüvvələrinin həyata keçirdiyi hərbi əməliyyat nəticəsində İŞİD və “Taliban”dan olmaqla ümumilikdə 67 nəfər zərərsizləşdirilib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanstan Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat ölkənin bir neçə vilayətində eyni zamanda aparılıb. Ölənlərdən əlavə 24 terrorçu yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   İŞİD   Taliban  


Bizi "telegram"da izləyin