Səudiyyə Ərəbistanı Sokotra adasına qoşun yerləşdirib

2018/05/345345_1526303349.jpg
Oxunub: 3377     23:08     14 May 2018    
Səudiyyə Ərəbistanı Yəmən hökuməti ilə kordinasiyalı olaraq ölkənin Sokotra adasına qoşun yerləşdirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, adaya yerləşdirilən əsgərlər burada Yəmən qüvvələrinə dəstək verəcək və onlara təlim keçəcəklər.

Ərəb koalisiyasının mətbuat katibi polkovnik Turki əl-Malikinin sözlərinə görə, tərəflər əhatəli kordinasiya üzrə mexanizmləri razılaşdırıblar.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Səudiyyə-Ərəbistanı   Sokotra   Yəmən  


Bizi "telegram"da izləyin