Paşinyan Ermənistan BQ rəisini dəyişəcək

2018/05/345345_1526302885.jpg
Oxunub: 1942     20:59     14 May 2018    
Paşinyan Ermənistan ordusunun Baş Qərargah rəisini dəyişməyə hazırlaşır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan ordusunun Baş Qərargah rəisi vəzifəsinə general-mayor Onik Qasparyan təyin edilə bilər.

Məlumata görə, Ermənistan baş naziri Paşinyanın məhz onu bu vəzifəyə təyin edəcəyi istisna edilmir. Hazırda general-mayor Onik Qasparyan Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutur.

Xatırladaq ki, Paşinyan bundan öncəki bəyanatlarında, "kadr qırğın"larının olmayacağını, dost-tanışı vəzifəyə təyin etməyəcəyini, zənginlərin övladlarının bundan sonra hökumətdə təmsil olunmayacağını bildirirdi.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   BQ   Onik-Qasparyan  


Bizi "telegram"da izləyin