NATO generalı: “Avropa infrastrukturunu sürətlə inkişaf etmək lazımdır”

2018/05/2032-Ben-Hodces_1526300360.jpg
Oxunub: 3549     20:17     14 May 2018    
“Avropada infrastrukturların inkişafına ayrılan investisiyaları artırmaq və onları hərbi xərclər kimi hesablamaq lazımdır”.

Ordu.az “The Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ qüvvələrinin Avropadakı keçmiş komandanı, general Ben Hodces bəyan edib.

“NATO iştirakçı ölkələrin nəqliyyat şəbəkələrinə daha çox yatırım etməsinə stimul verməlidir. Bunu etməyin ən yaxşı yolu Almaniya, Belçika və Hollandiya kimi ölkələrin müvafiq yatırımlarını hərbi xərclərə aid etməkdir”, - deyə Hodces bildirib.

O qeyd edib ki, NATO Avropada Rusiya öz ərazisində hərəkət etdiyi kimi sürətlə hərəkət etməyə qadir olmalıdır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   Avropa   Rusiya   Ben-Hodces  


Bizi "telegram"da izləyin