İran Əfqanıstanla hərbi əməkdaşlığı genişləndirməkdə maraqlıdır

2018/05/2092_1526298309.jpg
Oxunub: 3760     19:45     14 May 2018    
“İran Əfqanıstanla hərbi sahədə əməkdaşlığı genişləndirməyə hazırdır”.

Ordu.az IRNA nəşrinə istinadən xəbər verir ki, bu barədə İran Silahı Qüvvələri Baş Qərargahının rəsiri Məhəmməd Hüseyn Bakəri bəyan edib.

Bu bəyanat rəsmi səfərlə Tehranda olan Əfqanıstan Silahlı Qüvvələrinin nümayəndə heyəti ilə görüş çərçivəsində bildirilib.

Öz növbəsində İranın müdafiə naziri Əmir Hatəmi Əfqanıstanda İŞİD terror qruplaşmasının aktivliyinə görə narahat olduğunu açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Əfqanıstan  


Bizi "telegram"da izləyin