Ordu.az “Sofia Globe” nəşrinə istinadən xəbər verir ki, bu barədə Bolqarıstan Nazirlər Kabineti məlumat yayıb.
Məlumata görə, məsələyə mayın 9-da baxılması nəzərdə tutulsa da, maliyyə naziri Vladislav Qoranovun iştirak etməməsi səbəbilə təxirə salınıb. İndi bu məsələ mayın 16-da maliyyə nazirinin iştirakı şəraitində müzakirə ediləcək.
Bolqarıstan tərəfindən ölkənin Silahlı Qüvvələri üçün 16 ədəd qırıcı və 150 ədəd zirehli döyüş maşınlarının ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, daha öncə Bolqarıstanın İsraildən F-16 qırıcıları alacağı bildirilirdi.
Ağalar Qəribov
Ordu.az