“Admiral Makarov”la bağlı yeni faktlar bəlli olub

2018/05/2086-Admiral-Makarov_1526296067.jpg
Oxunub: 4168     19:07     14 May 2018    
“Rusiya Silahlı Qüvvələrinin Qara Dəniz Donanması 11356 layihəsinin üçüncü gəmisi olan “Admiral Makarov”u cari ilin ikinci yarısında əldə edəcək”.

Ordu.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Hərbi Dəniz Qüvvələrinin baş komandanı, admiral Vladimir Korolyev bəyan edib.

Əsası 2012-ci ilidə Baltikyanı “Yabtar” gəmiqayırma zavodunda qoyulan gəmi suya ilk dəfə 2015-ci ildə buraxılıb. Gəminin dövlət sınaqları 2016-cı ilin payızında Baltik və Barens dənizlərində keçirilib.

“Admiral Makarov”un çəkisi 4000 ton, surətu 30 dəniz mili, ekipajı 200 nəfər, açıq dəniz və ya okeanda qalma müddəti 30 gün təşkil edir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Admiral-Makarov  


Bizi "telegram"da izləyin