Aİ Afrika ordularının öyrədilməsi üzrə mandat missiyasını davam etdirir

2018/05/2082-Aİ_1526295275.jpg
Oxunub: 1468     18:54     14 May 2018    
Avropa İttifaqı Afrika ölkələrindən olan Mali Silahlı Qüvvələrinin öyrəilməsi və məşqi üzrə EUTM mandat missiyasını 2 il müddətinə davam etdirib.

Ordu.az “Global Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının mətbuat xidməti məlumat yayıb.

“Şura Avropa İttifaqının Malidəki tədris missiyasını 2020-ci il mayın 18-dək davam etdirib. Şura həmçinin missiyanın mandatına da dəyişikliklər edərək onun məqsədlərinə G5 Sahil qrupları birgə qüvvələrinin peşəkar dəstəyi və konsultasiyalarını daxil edib”, - deyə məlumatda bildirilir.

Avropa İttifaqı Şurası o cümlədən missiyanın büdcəsini 2020-ci ilin mayınadək 59,7 milyon avroyadək artırmaq qərarına gəlib.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Mali   Sahil  


Bizi "telegram"da izləyin