ABŞ Arktikada Rusiya ilə rəqabət aparmağa hazırlaşır

2018/05/2079_1526293244.jpg
Oxunub: 1986     18:21     14 May 2018    
Arktika regionu Moskva və Vaşinqton arasında əlaqələrin pisləşməsi səbəbilə hərbi gərginlik və rəqabət zonasına çevrilə bilər.

Ordu.az “RussianRT”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Mərkəzinin hesabatında açıqlanıb.

“2014-cü ildən bəri Rusiya ilə münasibətlərdə gərginliyin yenilənməsi Moskvanın Arktika zonasında hərbi gücünü əhəmiyyətli dərəcədə artırması ilə müşahidə edilir. ABŞ regionda öz maraqlarının müdafiəsi üçün Arktikada hərbi gücünü artırmağı planlaşdırır”, - deyə sənəddə bildirilir.

O cümlədən Vaşinqtona bunun üçün buzların əriməsinin lazım olduğu qeyd olunur. ABŞ hərbi donanmasını Arktikaya yerləşdirmək üçün buzların əriməsini gözləyir.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya   Arktika  


Bizi "telegram"da izləyin