Əfqanıstan MN təkzib edir: İtkilərə dair yayılan xəbərlər yalandır

2018/05/4815156_1526288654.jpg
Oxunub: 1895     17:59     14 May 2018    
Əfqanıstan Müdafiə Nazirliyi geridə qalan son iki həftə ərzində Əfqanıstan ordusunun 700 əsgərinin ölümü və yaralanmasına dair üzə çıxan xəbərlərin əsassız olduğunu bildirib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat katibi Məhəmməd Radmaneş danışıb.

“Ordunun itkilərinə dair KİV-lərdə yayılan hesabatlar yanlışdır. 300-ə yaxın terrorçu məhv edilib və ya yaralanıb. Müharibə ərzində hərbi ləvazimatlar dağıdılıb, lakin bizim əsgərlərimiz sağ olduğu müddətcə, öz silahlarını düşmənə vermir”, - deyə Radmaneş bildirib.

Xatırladaq ki, ötən həftə yayılan hesabatlarda son iki həftə ərzində Əfqanıstan ordusunun “Taliban”la apardığı müharibədə 300 əsgərin həlak olduğu, 400 əsgərin isə yaralandığı bildirilirdi.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin