Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə 303-cü Pamir polis bölməsi məlumat yayıb.
Məlumata görə, onlarla qiyamçı gözlənilmədən vilayətin Dəşt-e-Arçi rayonuna hücuma keçib. Nəticədə təhlükəsizlik qüvvələri ilə qiyamçılar arasında qarşıdurma baş verib.
Döyüş nəticəsində 8 əsgər həlak olub. Eyni zamanda 6 qiyamçı zərərsizləşdirilib, 4-ü isə yaralanıb.
Ağalar Ağalarlı
Ordu.az