“ABŞ Yaxın Şərqdə stabilliyi pozur” - Ərdoğan

2018/05/519-Ərdoğan_1526288427.jpg
Oxunub: 2040     17:17     14 May 2018    
“Birləşmiş Ştatların İranın nüvə müqaviləsindən çıxması barədə qərarı Yaxın Şərqdə stabilliyi pozur”.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti BBC-yə müsahibəsində bəyan edib.

“Elə hazırda dünya təhlükənin astanasındadır. Dövlətlər arasında, xüsusilə də əgər beynəlxalq razılaşmalardan bəhs ediriksə, ardıcıllıq və mövqeyə sadiqlik əsas prinsip olmalıdır”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, Barak Obama İrana qarşı konstruktiv addım ataraq sülh yolunda böyük bir uğura nail oldu.

“Donald Trampın qərarı isə bizi narahat edir. Biz bu qərarı dəstəkləmirik. Bu, düzgün qərar deyildi”, - deyə Ərdoğan açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Yaxın-Şərq   Rəcəb-Tayyib-Ərdoğan  


Bizi "telegram"da izləyin