Ordu.az “İnterfax” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə müzakirə çərçivəsində bəyan edib.
“Moskvada görüşərək Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında yaranan vəziyyətə dair fikir mübadiləsi aparmaq imkanını yüksək qiymətləndiririk”, - deyə Lavrov bildirib.
O qeyd edib ki, Zərif yaxın günlərdə ABŞ-dan başqa Hərtərəfli Birgə Fəaliyyət Planının iştirakçıları ilə görüş keçirəcək.
“Təəssüf ki, növbəti dəfə Vaşinqtonun beynəlxalq müqavilələri pozmasının şahidi oluruq. Ümid edirik ki, Çin, Rusiya, İran və Avropa İttifaqının iştirakı ilə müqavilədə nəzərdə tutulan mexanizmlər üzrə danışıqların davam etdirilməsinə nail olacağıq”, - deyə Lavrov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az