Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrindən olan mənbələr məlumat yayıb.
Məlumata görə, yeni telefonlar ilk növbədə fövqəladə əhəmiyyətli tapşırıqları yerinə yetirən antiterror əməliyyatlarının iştirakçılarına veriləcək.
Türkiyə şirkətləri tərəfindən istehsal ediləcək yeni telefonlar vasitəsilə Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri təhlükəsiz rejimdə audio və video ismarıclar göndərə, SMS qruplarda ünsiyyət qura, həmçinin olduqları yerin koordinatlarını bölüşə biləcəklər.
Ağalar Qəribov
Ordu.az