Yəmənin Hudeydə vilayətinə doğru böyük əməliyyat başladılıb

2018/05/4894511_1526283552.jpg
Oxunub: 2249     15:41     14 May 2018    
Səudiyyə Ərəbistanının rəhbərliyindəki Ərəb koalisiyası Yəminin Hudeydə vilayəti istiqamətində geniş miqyaslı əməliyyat başladıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə koalisiyanın Qırmızı dəniz sahilindəki qüvvələrinin komandiri Əbdül Salam Əl-Şehi bildirib.

Onun sözlərinə görə, bir neçə istiqamətdə artıq ciddi nailiyyətlər əldə edilib. Əməliyyatda Yəmən ordusu ilə yanaşı, BƏƏ və Sudandan da qüvvələr iştirak edir.

Əməliyyat nəticəsində husilərin bölgədə böyük ölçüdə ərazi itirdiyi və bir sıra strateji məntəqələrin azad edildiyi bildirilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yəmən   Hudeydə   Husilər  


Bizi "telegram"da izləyin