Ordu.az “Associated Press” agentliyinə istinadən xəbər verir ki, bu barədə Britaniya baş nazirinin ofisi məlumat yayıb.
“Baş nazir aydın şəkildə qeyd etdi ki, Böyük Britaniya İranın İsrailə qarşı raket zərbələrini mühakimə edir və Tehranı yeni hücumlardan çəkinməyə səsləyir. O qeyd edib ki, regionda sülh və təhlükəsizliyi təmin etmək üçün provokasiya xarakterli fəaliyyətlərdən yayınmaq zəruridir”, - deyə məlumatda bildirib.
Həmçinin ölkələr arasında bundan sonrakı dialoqun formatının mayın 15-də Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, İran xarici işlər nazirləri və Avropa İttifaqından olan nümayəndələrin iştirakı ilə keçiriləcək iclasda müzakirə ediləcəyi qeyd olunub.
Ağalar Qəribov
Ordu.az