Ərdoğan: “Yaxın Şərqi ciddi problemlər gözləyir”

2018/05/Ərdoğan-6_1526282405.jpg
Oxunub: 2350     15:22     14 May 2018    
“Yaxın Şərqi çox ciddi problemlər gözləyir, bu region yeni hərbi münaqişələrin astanasındadır”.

Ordu.az “Yeni Şafak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Yaxın Şərqdə vəziyyət gərginləşir, İran və İsrail arasında baş verən qarşıdurmalara əsasən demək olar ki, regionu daha ciddi problemlər gözləyir”, - deyə Ərdoğan bildirib.

O qeyd edib ki, İsrail İran hərbçilərinə cavab atəşi endirmək adı ilə Suriya ərazisinə raket zərbələri endirib, rəsmi Tehran isə hərbçilərin ilk olaraq atəş açması faktını təkzib edir və ölkələr arasında fikir müxtəlifliyi yaranır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rəcəb-Tayyib-Ərdoğan   Türkiyə   İran   İsrail   Yaxın-Şərq  


Bizi "telegram"da izləyin