Ordu.az “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Gürcüstan xarici işlər naziri Mixail Canelidze mayın 16-17-də Qazaxıstana rəsmi səfər həyata keçirəcək.
“İkitərəfli görüş çərçivəsində xarici işlər nazirləri siyasi, mədəni-humanitar, ticarət və iqtisadiyyat, həmçinin müdafiə sahələrində əməkdaşlığı müzakirə edəcəklər. O cümlədən qarşılıqlı maraq kəsb edən beynəlxalq və regional problemlər barədə fikir mübadiləsi aparılacaq”, - deyə məlumatda bildirilir.
Ağalar Qəribov
Ordu.az