Ordu.az “Krasnaya zvezda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən olan mənbələr məlumat yayıb.
“Rusiya Hərbi Hava Qüvvələri uzaqmənzilli aviasiyasının komandanı, general-leytenant Sergey Kobılaşın xəbər verdiyi kimi, şənbə günü yerüstü radar stansiyalarının hərbi qulluqçuları xarici strateji bombardmançı qırıcılarının yaxınlaşdığını aşkarlayaraq Rusiya təyyarələrinin ekipajlarını öncədən baş verəcək görüş barədə xəbər ediblər. Məhz bundan sonra pilotların da bəhs etdiyi kimi, vizual rabitə yaradılıb”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, daha öncə Rusiya bombardmançı qrupunun komandiri, polkovnik-leytenant Aleksandr Manyagin və onun müavini, mayor Aleksandr Yurasov ABŞ-ın F-22A qırıcılarının özlərini düzgün apardıqlarını və heç bir aqressiya fəaliyyəti həyata keçirmədiklərini açıqlayıblar.
Ağalar Qəribov
Ordu.az