Mey və Tramp İranı müzakirə ediblər

2018/05/2065-Tereza-Mey-və-Donald-Tramp_1526279705.jpg
Oxunub: 2290     14:34     14 May 2018    
Böyük Britaniya baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp telefon danışığı həyata keçirərək İranın fəaliyyətini müzakirə ediblər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Nazirlər Kabineti məlumat yayıb.

“Baş nazir və prezidenti İranın raket zərbələrini mühakimə edib və İsrailin özünümüdafiə hüququnu dəstəkləyiblər. Onlar bütün tərəflərin sakitliyi qoruması mövzusunda razılıq əldə ediblər”, - deyə məlumatda bildirilir.

Buna baxmayaraq Tezeya Mey London və onun avropalı həmkarlarının əvvəlki kimi İranın nüvə proqramı üzrə mükəlləfiyyətlərini saxladıqlarını açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   ABŞ   Donald-Tramp   Tereza-Mey  


Bizi "telegram"da izləyin