Ordu.az TASS informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan prezidenti Sooronbay Jeenbekov bəyan edib.
“Əfqanıstanda mövcud olan çağırışlar və Mərkəzi Asiya dövlətlərinin təhlükəsizliyi üçün mövcud olan təhdidlər tərəfimizdən tədbirlər görülməsini tələb edir. Bununla belə, terrorizm, ekstremizm və narkotik ticarəti ilə mübarizə yüksək dövlətlərarası koordinasiya tələb edir. Bu səbəbdən bizim Rusiya ilə birgə hərbi əməkdaşlığımız təhlükəsizlik sahəsində birgə məqsədlərə nail olmağa yönəlib”, - deyə Jeenbekov bildirib.
O qeyd edib ki, hazırda Rusiyanın Qırğızıstanda daha bir hərbi baza açması barədə mövqeyi də Qırğızıstan tərəfindən müsbət qarşılanır.
“Mövcud olan çağırış və təhdidləri nəzərə alaraq Rusiyanın Qırğızıstanda daha bir hərbi baza açması məsələsi gündəmdədir”, – deyə Jeenbekov açıqlayıb.
Ağalar Qəribov
Ordu.az