Britaniya kəşfiyyatının rəhbəri: “Rusiyanı təcrid gözləyir”

2018/05/2062-MI5-Endryu-Parker_1526278050.jpg
Oxunub: 3480     14:07     14 May 2018    
“Rusiyanın dünyadakı hazırki fəaliyyəti Moskvanın təcrid olunması ilə nəticələnə bilər”.

Ordu.az “Financial Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Britaniya əks-kəşfiyyat xidməti – MI5-in rəhbəri Endryu Parker bəyan edəcək.

O, bu barədə bu gün keçiriləcək Avropa ölkələrinin kəşfiyyat xidmətlərinin rəhbərləri ilə görüşdə çıxış etməyə hazırlaşır.

Parker çıxışında Kremli beynəlxalq qaydaların kobud surətdə pozulmasında, Rusiyanın kəşfiyyat xidmətlərinin aqressiv fəaliyyətində, Moskvanın hərbi fəaliyyəti ilə əlaqəli bir sıra məqamlarda təqsirləndirməyə hazırlaşır.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Böyük-Britaniya   Rusiya   Endryu-Parker  


Bizi "telegram"da izləyin