Ordu.az “Global Times” nəşrinə istinadən xəbər verir ki, bu barədə Çin ordusundan olan mənbələr məlumat yayıb.
“İstehsalçıya bütün sınaqları bitirmək üçün təxminən 6 ay zaman lazım olacaq. Bu artıq ilin sonuna qədər gəminin Çin Xalq Azadlıq Ordusuna təhvil verilməsi mənasına gəlir”, - deyə məlumatda bildirilir.
Sınaqlar çərçivəsində həmçinin güc qurğuları, rabitə sistemləri, yanğınsöndürmə və elektro-mexaniki avadanlıqların da yoxlanılacağı açıqlanıb.
Qeyd edək ki, bu, Çinin ilk milli aviadaşıyıcısıdır və onun bütün tərki hissələri Çində istehsal edilib.
Ağalar Qəribov
Ordu.az