Ordu.az “Agence France Presse nəşrinə istinadən xəbər verir ki, bu barədə Şərqi Yava vilayəti polisinin İctiamiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Frans Barunq bəyan edib.
Məlumata görə, baş verən partlayış nəticəsində 4 polis əməkdaşı və 6 dinc sakin yaralanıb. Yaralılar artıq xəstəxanaya yerləşdirilib.
Terror hadisəsini iki kamikadze terrorçusunun həyata keçirdiyi bildirilir. Qadın və kişi polis idarəsinin girişdəki şlaqbauma yaxınlaşaraq özlərini partladıblar. Hadisə baş verən an şlaqbaumun yaxınlığında bir neçə adam və bir avtomobil partlayıb.
Qeyd edək ki, bazar günü ərzində Surabaya şəhərində 3 məsciddə də partlayış baş verib və onların nəticəsində 17 insan həlak olub, daha 45 nəfər nəfər isə yaralanıb.
Ağalar Qəribov
Ordu.az