Ulduz müharibələrindəki kimi silahların istifadəsinə bir neçə il qalıb

2018/05/received_2537541593138660_1526147442.png
Oxunub: 3279     01:52     13 May 2018    
Birləşmiş Krallığın əsgərləri və pilotlarının “Ulduz Müharibələri”ndə gördüyümüz silahlardan istifadəsinə cəmi bir neçə il qalıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “St. Andrews” Universitetində keçirilən konfransda danışılıb.

Konfransa dünyanın aparıcı ekspertləri, Kral HHQ-nin komandiri Marşal Qlen Torfi və digər akademiklər qatılıb.

Gələcəyin sistemləri və texnologiyaları üzrə alim olan professor Nik Kolosimo Britaniyada hazırlanmaqda olan bəzi silahlardan danışıb.

Onun sözlərinə görə, cəmi 20 il ərzində işıq sürətinə malik lazer qalxanlar, kvant radarları və digər silahlar istifadəyə verilə bilər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ulduz-Müharibələri   Lazer-şüaları  


Bizi "telegram"da izləyin