Ordu.az “Arqumentı i faktı” nəşrinə istinadən xəbər verir ki, Strategiya və Texnologiya Analizləri Mərkəzinin direktor müavini Konstantin Maxienko bu məsələyə münasibət bildirib.
“Əfsanəyə görə, 1991-ci ildə “Lockheed Martin” şirkəti “Yakovlev”lə Yak-141-lərə dair müqavilə imzalayıb və bu müqaviləyə görə ABŞ şirkəti səsdən surətli rus göyərtə təyyarəsi üzərində sınaqlar keçirmək hüququ əldə edib. Daha sonra isə amerikalılar F-35-lərin hazırlanması üçün məhz Yak-141-lərin mühərriklərindən istifadə ediblər. Digər sübut kimi isə hər iki təyyarənin şaquli şəkildə havaya qalxmaq bacarığı göstərilir”, - deyə Maxienko açıqlayıb.
O qeyd edib ki, ABŞ-ın bilavasitə Rusiyanın sxem və çertyojlarını oğurlamasına dair faktlar yoxdur və bu məsələdə Vaşinqtonun Böyük Britaniyadan təsirlənməsi daha realdır.
“Lakin Çin aviasiyasının Rusiya aviasiyasından təsirlənməsi və açıq-aşkar rus texnologiyalarını hansısa yeni təyyarələr üçün prototip kimi seçmələrinə dair sübutlar var. Məsələn, çoxməqsədli J-7 qırıcıları MiQ-21 surətdir ki var. J-11 və J-16 kimi qırıcılar isə Su-27 və Su-30-dan təsirlənib”, - deyə ekspert vurğulayıb.
Ağalar Qəribov
Ordu.az