ABŞ-da analoqu olmayan Rusiya silahından bəhs ediblər

2018/05/53453_1526022210.jpg
Oxunub: 2051     15:00     11 May 2018    
Rusiyanın yeni yüksək dəqiqlikli “Kinjal” aviasiya raket kompleksinin Rusiya xaricində analoqu yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə “The National Interest” nəşrində hərbi ekspert Deyv Madcumdar bildirib.

Ekspertin sözlərinə görə, dünyanın heç bir başqa ölkəsində “Kinjal”a bənzər ballistik raket kompleksi mövcud deyil.

O qeyd edib ki, Rusiya raketi havada uçuş zamanı təxminedilməz manevrlər həyata keçirir və bu, onların ələ keçirilməsini mümkünsüz edir, bununla belə, ekspert hesab edir ki, onu hipersəs silahı hesab etmək olmaz, çünki o, hipersəs hava-reaktiv mühərriki ilə təchiz edilməyib.

“Bununla belə, “Kinjal” çox əzəmətli silahdır. O, tək şəkildə Rusiya ordusunu dünyanın ən güclü ordularından biri hesab edilməsi üçün yetərlidir”, - deyə Madcumdar açıqlayıb.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Rusiya   Kinjal  


Bizi "telegram"da izləyin