Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani Almaniya kansleri Angela Merkellə telefon danışığı çərçivəsində bəyan edib.
“İran regional stabillik və təhlükəsizliyin qurulması və möhkəmlənməsi yanaşmasına sadiq qalaraq davamlı şəkildə regionda gərginliyi azaltmağa çalışır və heç bir şəkildə yeni gərginliyə cəhd etmir”, - deyə Ruhani bildirib.
Suriyada İranın mövcudluğu məsələsinə də toxunan Ruhani bildirib ki, bu, terrorizmlə mübarizəyə müsbət təsir göstərən addımdır.
Ağalar Qəribov
Ordu.az