Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Ümid edirəm ki, yeni, daha yaxşı, daha ədaləti müqavilə imzalaya biləcəyik və bu müqavilə İran üçün daha yaxşı olacaq. Lakin biz onlara nüvə silahı əldə etməyə yol verə bilmərik”, - deyə Tramp bildirib.
O qeyd edib ki, İranın yalan danışıb-danışmadığını bilmək üçün ABŞ Tehranın nüvə bazalarında şəxsi yoxlama həyata keçirməlidir.
Ağalar Qəribov
Ordu.az