İran İsrailin Suriyaya zərbələrini mühakimə edib

2018/05/2000-Bəhram-Qasəmi_1526017150.jpg
Oxunub: 3695     13:38     11 May 2018    
“Tehran İsrail Hərbi Hava Qüvvələrinin Suriya ərazisinə zərbələrinin mühakimə edilməsi mövqeyindən çıxış edir”.

Ordu.az IRNA agentliyinə istinadən xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasəmi bəyan edib.

“İsrail rejiminin Suriya ərazisinə razılaşdırılmamış və əsassız səbəblərə dair hücular həyata keçirməsi Suriyanın suverenliyinin ciddi şəkildə pozulmasıdır və bütün beynəlxalq konvensiyalara ziddir”, - deyə Qasəmi bildirib.

O qeyd edib ki, İsrailin hərəkətləri Yaxın Şərqdə yeni bir provokasiyadır və buna yol vermək olmaz.

Ağalar Qəribov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail   Bəhram-Qasəmi  


Bizi "telegram"da izləyin