“Lockheed” GMLRS-in istehsalına dair müqavilə imzalayıb

2018/05/Снимок234_1525961259.jpg
Oxunub: 4266     00:03     11 May 2018    
“Lockheed Martin” ABŞ Quru Qoşunları ilə idarəolunan çoxsaylı atış raket sistemlərinin (GMLRS) 13-cü hissəsinin istehsalına dair müqavilə imzalayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə “Lockheed Martin”in mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, kompaniya müqavilə çərçivəsində GMLRS “Alternative Warhead” raketləri, “Unitary” raketləri, mənzili azaldılmış təcrübi raketlər istehsal edəcək və logistik dəstək təmin edəcək.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lockheed   GMLRS  


Bizi "telegram"da izləyin