Tala Barfakda 30 əfqan əsgəri pusquya salınıb

2018/05/84845_1525954472.jpg
Oxunub: 2563     20:12     10 May 2018    
Əfqanıstanın Tala va Barfak bölgəsində “Taliban” qiyamçıları 8 əsgəri ələ keçirib və əlavə olaraq 30-a yaxın əsgər pusquya salınıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Əfqanıstan parlamentinin Daxili İşlər komissiyasının rəhbəri Safi bildirib.

Onun sözlərinə görə, pusquda olan əsgərlərin bəziləri yaralıdır. O, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyini tənqid edərək, əsgərlərin sağ-salamat xilas edilməsi üçün təcili və təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulayıb.

Prezident Qaniyə çağırış edən millət vəkili əsgərlərin xilas edilməsinə dair Müdafiə Nazirliyinə göstəriş verməsini istəyib.

Qeyd edək ki, ölkənin Baqlan vilayətində “Taliban” qiyamçıları tərəfindən pusquya salınan əsgərlərin bölgənin vadi və meşəliklərində olduğu güman edilir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin