NATO-Gürcüstan forumu başlayıb

2018/04/234234_1525084807.jpg
Oxunub: 3047     18:38     30 Aprel 2018    
Bu gün Gürcüstanın paytaxtı Tbilisidə NATO-Gürcüstan İctimai Diplomatiya Forumu başlayıb.

Ordu.az Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, forum bu gün və sabah ərzində davam edəcək.

Tədbirin açılışını Gürcüstanın vitse-Baş naziri və Xarici İşlər naziri Mixeil Canelidze edib. O, forumda anti-qərb propaqanda, dezinformasiya və hibrid təhdidlərin müzakirə ediləcəyini bildirib. Canalidzenin sözlərinə görə, forumun əsas müzakirə mövzularından biri də Gürcüstanın NATO-ya inteqrasiyasıdır.

Birləşmiş Ştatlar Xarici İşlər nazirinin köməkçisi Vess Mitçell də açılış mərasimində iştirak edib. O, ABŞ-ın Gürcüstanla strateji partnyorluğundan və bu ölkənin NATO və Aİ-yə doğru irəliləyişindən qürur duyduğunu qeyd edib.

Qeyd edək ki, NATO-Gürcüstan İctimai Diplomatiya Forumu 2016-cı ildən etibarən Gürcüstanda keçirilir. İki günlük konfransda qeyri-hökumət təşkilatlarının, dövlət agentlikləri professorlarının və media nümayəndələrinin NATO-ya üzv ölkələrin mütəxəssisləri ilə cari məsələlər üzərində müzakirələr aparmaq imkan olur.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO-Gürcüstan   Forum  


Bizi "telegram"da izləyin