Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Gəncə şəhəri, Nizami rayonu, Əli Nəzmi küçəsində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub.
ANAMA-dan
Ordu.az-a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə qazıntı aparılan hissəyə baxış keçirilib. Təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd boş top mərmisi aşkar olunub və Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş boş mərminin ətrafında 200 kvadratmetr əraziyə yerüstü baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
ANAMA
Gəncə