Pakistan Milli Müdafiə Universiteti nümayəndə heyətinin ölkəmizə səfəri davam edir

2018/04/1621_3048108458.jpg
Oxunub: 4113     20:20     18 Aprel 2018    
Azərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Müdafiə-Nazirliyi   Pakistan   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin