Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson “Al Hurra” telekanalına müsahibəsində bildirib.
“İraqda İŞİD-i məğlub edərək onların əlindən bütün əraziləri alsaq da, bilirik ki, İraq üçün təhlükəli olan İŞİD elementləri orada hələ də var. Biz qüvvələrimizi orada bu təhlükə ilə işimizi tam bitərənədək saxlayacağıq”, - deyə Tillerson vurğulayıb.
O qeyd edib ki, İraq baş naziri Heydər əl-Əbadi də bu məsələdə Vaşinqtonla razıdır.
Ağalar Qəribov
Ordu.az