Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Daniel Kouts bəyan edib.
O, bu barədə Konqresin Senatında Kəşfiyyat üzrə Xüsusi Komitədə çıxış edərkən bildirib.
“İran Yaxın Şərqdə ən böyük ballistik raket arsenalına malikdir və öz sərhədlərindən 2 min kilometr məsafədə yerləşən hədəflərə zərbələr endirə bilər”, - deyə Kouts qeyd edib.
Kouts vurğulayıb ki, Tehranın hərbi potensialı ABŞ, regionda yerləşən ABŞ qoşunları və Vaşinqtonun müttəfiqləri üçün təhlükəlidir.
Ağalar Qəribov
Ordu.az