Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson bəyan edib.
“Düşünürəm ki, Soçidə keçirilən tədbir onun təşkilatçılarının gözləntilərini doğrultmadı. Lakin Konqresin özünün də sonunda edilən bəyanatda qeyd olunduğu kimi, Suriyada siyasi vəziyyətin tənzimlənməsi Cenevrədə həyata keçirilməlidir”, - deyə Tillerson bildirib.
O qeyd edib ki, Rusiya, Birləşmiş Ştatlar və onun başçılıq etdiyi koalisiya Suriya üzrə eyni mövqeyə malikdir.
Ağalar Qəribov
Ordu.az