Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Belarusiya dövlət hərbi sanaye komitəsi məlumat yayıb.
Məlumata görə, 15%-lik artımdan sonra illik silah ixracatının dəyəri 1 milyard dolları keçib. 2017-ci ildə ölkənin 69 ölkəyə silah-sursat satdığı bildirilir. Bu rəqəm 2016-cı ildə 60 olub. Belarusiya dünyanın ən böyük 20 silah satıcısı arasındakı yerini qorumağa çalışır.
Ağalar Ağalarlı
Ordu.az