Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələri Baş Qərargahının sabiq rəisi Həsən Firuzabadi bildirib.
Hazırda Ali Dini Lider Ayətullah Xameneinin hərbi müşaviri olan Firuzabadi ətraf mühitin mühafizəçisi olan Kanadalı şəxsin həbsxanada ölməsindən sonra yerli mətbuat orqanlarının suallarını cavablandırıb. O, məsələnin detalları haqda məlumatsız olduğunu, lakin qərbin tez-tez turistlər, alimlər və ətraf mühit mühafizəçilərindən cəsus kimi istifadə etdiyini bildirib.
“Bir neçə il öncə bir sıra şəxslər Fələstin üçün yardım toplamaq məqsədilə İrana gəldilər. Biz onların seçdikləri marşurutdan şübhələndik. Öz mülklərində kərtənkələ, buqələmun kimi səhra sürünənləri var idi. Onların dərilərinin atom dalğalarını cəzb etdiyini və nüvə cəsusları olduqlarını müəyyənləşdirdik. Bu həşaratlar ölkənin uran mədənlərinin və atomla bağlı işlərin harda olduğunu tapmağa çalışırdılar”, - deyə op əlavə edib.
Ağalar Ağalarlı
Ordu.az