Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO baş katibi Yens Stoltenberq bəyan edib.
“2014-cü ildə müttəfiqlər müdafiə xərclərinə ÜDM-dən 2 faiz ayırmağa razılıq verdilər. Lakin 2014-cü ildə cəmi 3 ölkə müdafiə xərclərinə ÜDM-dən 2 faiz vəsait ayırdı. Cari ildə bu ölkələrin sayının 8 olması gözlənilir. Ümid edirəm ki, 2024-cü ilədək bu rəqəm 15-ə yüksələr”, - deyə Stoltenberq bildirib.
O qeyd edib ki, hazırda Avropa ölkələri və Kanada öz müdafiə gücünə böyük diqqət göstərir.
Ağalar Qəribov
Ordu.az