Ordu.az TASS informasiya agentliyinə istinadən məlumat verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib.
“Fikrimcə, amerikalılar ictimai razılaşma yolu ilə fəaliyət göstərmirlər, bunun əvəzinə təlhükəli addımlarla irəliləyirlər. Bu addımlar getdikcə daha çox Suriya ərazisinin böyük hissəsində böyük əraziyə malik YPG və PYD terrorçularının kvazi dövlətini yaratmağa bənzəyir və bu ərazi İran sərhədlərinə qədər uzanır”, - deyə Lavrov bildirib.
Rusiya xarici işlər naziri qeyd edib ki, Rusiya ABŞ-ın Suriyada uzun müddət qalacağını istisna etmir.
Ağalar Qəribov
Ordu.az