Ordu.az topwar.ru saytına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmirti Peskov bəyan edib.
“Biz hələ bu qəbildən olan sənədləri imzalamamışıq. Hazırda dövlət proqramı müxtəlif nazirliklər tərəfindən təkmilləşdirilir. Sənəd imzalananda, bu barədə məlumat verəcəyik”, - deyə Peskov bildirib.
Xatırladaq ki, 2017-ci ilin sonlarında verilən məlumata görə, yeni dövlət proqramında əsas diqqət nüvə çəkindirmə sistemlərinin inkişafına yönəldiləcək.
Ağalar Qəribov
Ordu.az