Si Tsinpinq: "Kosmosda möhkəmlənmək üçün “Çin Möcüzəsini” yaratmalıyıq"

2018/02/Без-названия56756_1518510833.jpg
Oxunub: 209     12:30     13 Fevral 2018    
Çin prezidenti Si Tsinpinq Çin təqvimi üzrə yeni il ərəfəsində hərbi qulluqçularla görüşündə hərbi modernizasiya və texnoloji inkişafdan danışıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin dövlət televiziyası məlumat yayıb.

İki gün sonra başlayacaq iki həftəlik tətil Çin kalendarına görə ən əhəmiyyətli bayram kimi qeyd olunur. Çinli liderlər adətən bu tətildən istifadə edərək ölkənin əsas təhdid doğuran ərazilərini və əhəmiyyətli siyasi təşəbbüslərin aparıldığı bölgələrə baş çəkirlər.

Çinin cənub-qərbindəki Siçuan vilayətində yerləşən peyk göndərmə poliqonuna ziyarət edən Si burada zabitlərlə görüşərək onlara Çinin kosmosda güclənməsini nəzərdə tutan “Çin Möcüzəsini” yaratmaq üçün daha böyük səy göstərilməli olduğunu bildirib.

O, döyüş şəraiti altında aparılan hərbi təlimlərin ölkənin hərbi qüvvəsini dünya səviyyəsinə qaldırdığını və onun kosmosdakı gücünü möhkəmləndirdiyini qeyd edib

Hazırkı rəhbər Si gizli qırıcılar, aviadaşıyıcılar və raketlər kimi yeni texnologiyalara yatırım edərək Çin Silahlı Qüvvələrini önəmli ölçüdə möhkəmləndirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Çin   Kosmos   Tsinpinq  

Xəbər lenti

Si Tsinpinq: "Kosmosda möhkəmlənmək üçün “Çin Möcüzəsini” yaratmalıyıq"

2018/02/Без-названия56756_1518510833.jpg
Oxunub: 210     12:30     13 Fevral 2018    