Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Tunis Müdafiə naziri Əbdülkərim Zbidi bəyan edib.
Qeyd edək ki, təklifdə Tunisdə qurulacaq əməliyyat mərkəzində NATO ekspertlərinin Tunis ordusuna texniki məsləhət təmin etməsi nəzərdə tutulur. Plana əsasən həmin mərkəzdə terrorizmlə mübarizə və sərhəd təhlükəsizliyi üzrə NATO və Tunis ordusu əməkdaşlıq edəcək.
Bununla bağlı Tunisdən 3 milyon avro vəsait ayırması istənilib.
Ağalar Ağalarlı
Ordu.az